Testonline.az Saytı (bundan sonra - Sayt)
Saytın rəhbərliyi (bundan sonra - Administrasiya) Testonline.az saytının hazırkı istifadə qaydalarının mövzusu olan şərtlərlə Sizə xidmətlər təklif edir. Bununla əlaqədar hazırkı qaydaların şərtlərini diqqətlə oxumalısınız.
1. Ümumi Şərtlər
1.1. Sayt olduğu kimi təqdim edilir, yəni istifadəçiyə zəmanət verilmir ki:
Sayt məhz onun tələblərinə uyğun olacaq;
Xidmətlər fasiləsiz, sürətli, etibarlı və səhvsiz veriləcək;
Saytdan istifadə zamanı alınmış nəticələr dəqiq və etibarlı olacaq;
Saytdan istifadə zamanı alınmış hər hansı məhsulun, xidmətin, informasiyanın və başqa məzmunun keyfiyyəti istifadəçinin gözlədiklərinə uyğun olacaq;
Saytın proqram təminatında olan bütün səhvlər düzəldiləcək.
1.2. Sayt daimi inkişaf və yeni funksiyaların əlavə edilməsi mərhələsində olduğu üçün göstərilən xidmətlərin forma və xarakteri vaxtaşırı sizin bu barədə xəbərdarlığınız olmadan dəyişə bilər. Administrasiya şəxsi qərarı ilə xidmətin göstərilməsini (və ya xidmətlər çərçivəsində hər hansı ayrı funksiyaları) istifadəçilərə ilkin xəbərdarlıq etmədən (müvəqqəti və ya daimi) dayandırmaq hüququna malikdir.
1.3. Administrasiya səbəblərini izah etmədən, saytdan istənilən bölməni (xidməti) silmək və ya onlara girişi məhdudlaşdırmaq hüququna malikdir.
1.4. Saytın Administrasiyası mobil əlaqənin keyfiyyəti və sürəti üçün məsuliyyət daşımır. Əlaqə zamanı yaranan qeyri-sabitliklərə və ya sürət problemlərinə görə müvafiq operatora müraciət etmək lazımdır.
1.5. Saytın qaydaları icraya məcburidir və bu qaydaları bilməmək məsuliyyətdən azad etmir.
1.6. İstifadəçi öz profilinin bütün hərəkətləri və fəaliyyəti üçün məsuliyyəti qanunun pozulma vaxtı profili kimin idarə etməsindən asılı olmayaraq şəxsən özü daşıyır.
2. Məsuliyyət
2.1. Saytda yerləşdirilmiş istənilən digər sayta, məhsula, xidmətə, kommersiya və qeyri-kommersiya xarakterli istənilən məlumata olan istinad rəhbərlik tərəfindən bu məhsulların (xidmətlərin) bəyənilməsi və ya məsləhət görülməsi demək deyil. Bu halda Administrasiya bu resursların mövcudluğu, onların məzmunu və bu resurslardan istifadə zamanı yaranan nəticələr üçün heç bir məsuliyyət daşımır.
2.2. Saytda istifadəçilər tərəfindən dərc edilmiş informasiyanın və ya başqa materialların keyfiyyəti və onların hamı tərəfindən qəbul edilmiş standartlara uyğunluğuna görə Administrasiya məsuliyyət daşımır.
2.3. İstənilən birbaşa və ya dolayı zərərə və ya itirilmiş mənfəətə görə, hətta əgər bu saytdan istifadənin və ya istifadənin qeyri-mümkünlüyünün nəticəsi olsa belə, Administrasiya məsuliyyət daşımır.
2.4. Saytın fəaliyyət sürətinə, keyfiyyətinə, təhlükəsizliyinə və ya fəaliyyət zamanı yaranmış müvəqqəti qəzalara və fasilələrə görə Administrasiya məsuliyyət daşımır.
3. Hüquqlar
3.1. Administrasiya, istifadəçi hesabına 6 ay ərzində daxil olunmadıqda onu silmək hüququna malikdir.
3.2. Administrasiya, istifadəçi tərəfindən dərc edilən qaydaları pozan istənilən informasiyanı xüsusi xəbərdarlıqsız dəyişdirmək və ya silmək hüququna malikdir.
3.3. Administrasiya, istifadəçi tərəfindən dərc edilən istənilən informasiyanı, əgər bu informasiyanı sayt üçün arzuolunmaz hesab edərsə, xüsusi xəbərdarlıqsız dəyişdirmək və ya silmək hüququna malikdir.
3.4. Administrasiya, saytın istifadə qaydalarının və ya Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması zamanı istifadəçinin hesabını silmək və ya saytın istənilən xidmətinə girişini dayandırmaq hüququna malikdir.
4. Qadağandır
4.1. Saytda birdən artıq hesab yaratmaq qadağandır.
4.2. 13 yaşına çatmamış şəxslərə hesab yaratmaq qadağandır.
4.3. Saytda xüsusi avtomatik vasitələrdən, proqram təminatından istifadə etmək qadağandır.
4.4. İstifadəçi adında qeyri-normativ leksikadan, təhqirlərdən istifadə etmək, həmçinin başqa internet-resurslara istinad edən, millətlərarası düşmənçiliyi qızışdıran, siyasətə toxunan, bir və ya bir qrup istifadəçinin dinini təhqir edən adları qeyd etmək qadağandır.
4.5. Saytın istifadəçilərini qorxutmaq, hədələmək və ya təqib etmək qadağandır.
4.6. Nifrət yaradan, təhdid, pornoqrafiya, zorakılıq səhnələri və ya istənilən xoşagəlməz tərkibli materialların dərc edilməsi qadağandır.
4.7. Saytdan qanunsuz, çaşdırıcı, zərərli və ya ayrıseçkilik tipli məqsədlər üçün istifadə etmək qadağandır.
4.8. Profildə yanlış şəxsi informasiya yerləşdirmək və ya icazəsiz başqa insan adından hesab yaratmaq qadağandır.
4.9. Hesabı blok olunmuş istifadəçiyə Administrasiyanın icazəsi olmadan yenidən hesab yaratmaq qadağandır.
4.10. Saytın istifadəçilərini qəsdlə çaşdırmaq üçün (Admin, Moderator və s.) tipli niklərin qeydiyyatı, həmçinin başqa istifadəçilərin niklərinin klonlaşdırılması qadağandır.
4.11. Saytın administrasiyasının, moderatorların, başqa istifadəçilərin və saytdan kənar üçüncü şəxslərin şərəfini alçaltmaq və ləkələmək qadağandır.
4.12. Üstünlük əldə etmək və ya istənilən məqsəd üçün saytda mövcud olan səhvlərdən və nasazlıqlardan istifadə etmək, həmçinin bu səhvlər barədə üçüncü şəxslərə məlumat vermək qadağandır.
4.13. İstənilən üsul, həmçinin yalançılıq, etibardan sui-istifadə, sındırma yolu ilə başqa istifadəçinin hesabına giriş əldə etməyə çalışmaq qadağandır.
4.14. Ədəbsiz sözlərdən istifadə, başqa istifadəçiləri açıq və ya gizli şəkildə təhqir etmək, millətlərarası və dinlərarası düşmənçiliyi qızışdıran, siyasətə toxunan, bir və ya bir qrup istifadəçinin dinini təhqir edən ifadələr qadağandır.
4.15. Saytın və onun xidmətlərinin və ya istifadəçilərin şəxsi səhifələrinin normal fəaliyyətinin pozulmasına yönəldilmiş hərəkətlər qadağandır.
4.16. Öz profilini başqa istifadəçilərə havayı və ya real pul qarşılığında vermək qadağandır.
4.17. Seksual xarakterli cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin saytdan istifadə etməsi qadağandır.
4.18. Saytdan istifadə edərkən digər şəxslərin hüquqlarını və ya intellektual mülkiyyətini pozan materiallar yerləşdirmək qadağandır.
4.19. Saytda hər hansı bir kənar şəxsin şəxsiyyət vəsiqəsini, əlaqə vasitələrini, məxfi maliyyə informasiyasını həmin şəxsin və sayt administrasiyasının icazəsi olmadan yerləşdirmək qadağandır.
4.20. Açıq-aydın və ya qismən Azərbaycan Respublikasının qanunlarını pozan istənilən hərəkət qadağandır.
4.21. İstifadəçilər arasında münaqişəyə təhrik edən istənilən hərəkətlər və ya materiallar yerləşdirmək qəti qadağandır.
4.22. Dövlətçilik əleyhinə yönəlmiş və onun müzakirəsinə təhrik edən istənilən növ fəaliyyət qəti qadağandır.